Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Çeçenistan lideri Ramzan Karyrov İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün Rusiya prezidenti Vladimir Putindən Suriyaya könüllü çeçen birləşmələri göndərilməsini xahiş edib.

“Mən sadəcə danışmıram, xahiş edirəm ki, həmin əməliyyatlarda iştirak etmək üçün bizim ora getməyimizə icazə verilsin”.

Kadyrov bunu “Rusiya xəbərlər xidməti” nə müsahibəsində deyib ki, Suriyadakı terrorçular başa düşəndə ki, onların üzərinə əsgər göndərilir, onlar dərhal ordan çəkiləcəklər:

“Biz onları tanıyırıq, onları burda da məhv etmişik, biz onlarla vuruşmuşuq və onlarda bizi tanıyırlar. Əgər Çeçenistan hərbçilərinin Suriyada vuruşmasına icazə verilsə, bu onlar üçün bayram olacaq”-deyə o vurğulayıb.

Kadyrov bu ilin dekabrında da vəzifəsini buraxıb Donbasda döyüşə getməyə hazır olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG