Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:00

Sentyabrın 30-da saxlanan AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı artıq xuliqanlıq maddəsilə ittiham irəli sürülüb.

Barəsində qətimkan tədbiri seçilməsi üçün o, Nərimanov Rayon Məhkəməsinə aparılıb. Hazırda məhkəmə prosesi davam edir.

CM-nin 221.1-ci maddəsində buna görə 200 saatadək ictimai iş ,1 ilədək islah işləri və yaxud 1 il həbs cəzası nəzərdə tutulub.

Məmməd İbrahim "AXCP Etimad Qurultayı" adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayəti əsasında saxlanılıb.

Mikayıl Quliyev deyir ki, Məmməd İbrahim ona qəfil hücum edərək xəsarət yetirib və köynəyini cırıb.

Məmməd İbrahim isə saxlanmazdan əvvəl AzadlıqRadiosuna demişdi ki, əksinə, Mikayıl Quliyev ona hücum edib:

"Məni sosial şəbəkələrdə hər gün təhqir edirdi. Ona deyəndə ki, məni niyə təhqir edirsən. Dedi yaxşı edirəm və üstümə hücum çəkdi. İndisə şikayət edib ki, onu döymüşəm. Ancaq o məndən qat-qat güclü adamdır. Özü mənə hücum çəkdi. Bizi ayıranda köynəyi cırılmışdı. Mübahisəmizdən heç iki dəqiqə keçmədi ki, polislər gəldi".

İnsident sentyabrın 29-da baş verib. Hadisədən az sonra polislər Məmməd İbrahimi Nərimanov rayonu, 18-ci polis bölməsinə aparıb və izahat aldıqdan sonra buraxıblar.

Sentyabrın 30-da isə yenidən bölməyə çağırılan AXCP üzvü oradan Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG