Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43

Rusiyanın hərbi-hava qüvvələri Suriyada əməliyyatları davam etdirirlər.

Oktyabrın 2-də İslam Dövləti qrupunun mövqelərinə daha 12 zərbə endirildiyi xəbər verilir.

Rusiya müdafiə nazirliyinin məlumatına görə əsas hədəflər Hələbdəki komandanlıq məntəqəsi və rabitə mərkəzi, həmçinin İdlibdəki hərbi düşərgə olub.

Həmçinin Haama əyalətindəki komandanlıq məntəqəsinin tamamilə dağıdıldığı bildirilir.

Amma bu hədəflərin məhz İslam Dövləti qrupu ilə bağlı olması hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Moskva dəfələrlə hədəfin İslam Dövləti qrupu olduğunu bəyan edib.

Amma Vaşinqton hesab edir ki, zərbələr prezident Bashar Assad rejiminə qarşı çıxan qüvvələrin mövqelərinə endirilir.

Rusiya Suriya münaqişəsində Basha Assadın, ABŞ isə ona qarşı olan üsyançı qüvvələrin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG