Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:38

Əli Həsənov: Seçkilərin hamısı ədalətli olub


Əli Həsənov
Əli Həsənov

-

«Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil. Lakin ümumi tendensiyalara görə, Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib. Bu seçki də istisna olmayacaq. Milli Məclisə seçkilər azad, ədalətli və şəffaf keçiriləcək».

Bunu seçkilərdə təşviqat mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

«Seçki Mərkəzi Seçki Komissiyası və strukturları tərəfindən təşkil olunur, namizədlərin topladıqları səslərə uyğun mandatları təsdiq edilir. Azərbaycanın 23 illik müstəqillik tarixində 15-ə qədər seçki keçirilib. Bura parlament, bələdiyyə, prezident seçkiləri, referendum daxildir» -Ə.Həsənov bildirib.

Ə.Həsənovun fikrincə, MSK artıq bir institut kimi fəaliyyətini təkmilləşdirib:

«Bütövlükdə Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb». /apa/

XS
SM
MD
LG