Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

ABŞ Rusiyayla məlumat paylaşmayacaq


Suriyanın Homs vilayəti, 30 sentyabr, 2015-ci il

Suriyanın Homs vilayəti, 30 sentyabr, 2015-ci il

-

ABŞ və Rusiya rəsmiləri oktyabrın 1-də Suriyada toqquşmamaq barədə danışıqlar aparıblar. Ancaq o da bəlli olub ki, Birləşmiş Ştatlar Rusiya ilə həssas kəşfiyyat məlumatı paylaşmayacaq.

“Mənim rusiyalılara inamım azdır,” general leytenant, Hava Qüvvələrinin kəşfiyyat qərargahının rəhbər müavini Robert Otto deyib. “Kəşfiyyat məlumatımı onlarla paylaşacağım hər hansı münasibətı nəzərdən keçirməyəcəm”.

Bir saatlıq video-konfrans zamanı tərəflər Suriyada toqquşmamaq üçün kommunikasiya yollarını müzakirə ediblər. ABŞ rəsmiləri gileyləniblər ki, rusiyalılar dedikləri kimi, İslam Dövləti qruplaşmasının hədəflərini vurmur.

Zərbələrin İŞİD-ə deyil, Qərblə əməkdaşlıq edən üsyançı qruplara endirilməsi barədə məlumatlar çoxalır.

Otto-nun sözlərinə görə, rusiyalıların endirdiyi bombalar, sursat daha çox dinc sakinləri hədəfləyir.

Rusiya sentyabrın 30-da ilk hava zərbələrində 36 dinc sakini öldürməkdə ittiham olunur, ancaq Rusiya bunu inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG