Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

-

Oktyabrın 1-dən Rusiyada ilk dəfə olaraq fərdi müflisləşmə qanunu qüvvəyə minib. Bu qanun borclarını qaytara bilməyən rusiyalıların məhkəmə iddiaları qaldırması ilə nəticələnəcək.

Prezident Vladimir Putin qanunu 2014-cü ildə imzalayıb. Qanuna görə, 500 min rubldan (7600 dollar) yuxarı borcunu 90 gündən artıq müddətə qaytara bilməyən rusiyalılar özlərini müflis elan edə bilərlər.

İndiyədək Rusiyada yalnız şirkətlərə özlərini müflis elan etmək hüququ verilirdi.

Neftin qiyməti yuxarı olanda Rusiya bankları əhalini kredit və ipoteka götürməyə həvəsləndirirdi. Rusiya Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra ölkədə iqtisadi durum lap pisləşib.

İndi bir çox rusiyalı borcunu geri qaytarmaq üçün çabalayır. Onlar, özəlliklə xarici valyuta ilə borc götürənlərdir. Ötən il rublun dəyəri xeyli düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG