Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00

-

ABŞ Müdafiə rəsmiləri bildirir ki, Əfqanıstanda C-130 hərbi təyyarəsinin qəzaya düşməsi nəticəsində azı 11 nəfər həlak olub. Onlardan altısı Amerika hərbçiləridir.

Təyyarə oktyabrın 1-də gecəyarısı Əfqanıstanın şərqində, Pakistanla sərhəd yaxınlığındakı Cəlalabad aeroportunda qəzaya uğrayıb.

Taliban təyyarəni vurduğunu bildirir. Sözçü Zabihullah Mujahid tvitterdə yazıb. ABŞ rəsmiləri isə insidentin araşdırıldığını deyir.

ABŞ ordusunun polkovniki Brian Tribus deyib ki, “heyət üzvləri və sərnişinlər həlak olub”, onların içində 5 mülki podratçı da var. Onlar NATO-nun təlim missiyası üçün işləyirmişlər.

Birləşmiş Ştatların Əfqanıstanda 9800 əsgəri var. NATO Əfqanıstanın şərqində min koalisiya əsgərinin olduğunu bildirir. Buraya amerikan və polyak qüvvələri daxildir. Həmin əraziyə 40 min əfqan əsgəri də yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG