Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

Xorvatiya son 15-16 gün ərzində ölkə ərazisindən Qərbi Avropaya 90 mindən çox miqrant keçdiyini bildirir.

Daxili işlər naziri Ranko Ostojic oktyabrın 1-də bildirib ki, oktyabrda ölkədəki iki əsas qaçqın düşərgəsindən 1-də cəmi 5 nəfər qalıb, qalanları isə Macarıstana keçib.

Yaxın Şərq,Şimali Afrika və Asiya ölkələrində müharibədən qaçan qaçqınlar Almaniya və İsveç kimi daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Macarıstan Seriya ilə sərhəddi bağladığından Xorvatiya sentyabrda qaçqınlar üçün əsas tranzit ölkəyə çevrilib.

Qışın gəlişi və hava şəraitinin pisləşməsinə görə,qaçqın axının daha da artacağı gözlənilir.

Təkcə bu il Avropaya 500 mindən çox qaçqın gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG