Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:32

Nazir problemli 400 min köçkündən danışdı


Elmar Məmmədyarov.
Elmar Məmmədyarov.

-

«9.7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir».

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda miqrasiya və qaçqınların yerdəyişməsinə dair tədbirdə belə deyib.

Məmmədyarov çıxışında Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlər arasında yoxsulluq dərəcəsini əhəmiyyətli dərəcədə azaltmasından, 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün düşərgəsini (ümumilikdə 12 düşərgə) ləğv etməsindən danışıb. Amma nazir onu da deyib ki, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir. 400 min məcburi köçkün hələ də köhnə və narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir.

«Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa olunması münaqişənin həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli, məcburi köçkünlərin öz evlərinə qayıtmaq və mülkiyyət hüququ təmin olunmalıdır», - Elmar Məmmədyarov bildirib.

Nazirin fikrincə, qaçqın və məcburi köçkünlər probleminin həll edilə bilməməsi yalnız Cənubi və Mərkəzi Avropa ölkələri üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyidir.

«Biz həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmə cəhdlərinə də diqqət yetirməliyik. Bu xüsusda, Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir. Bu, beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur», - söyləyib nazir.

XS
SM
MD
LG