Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:30

Hava pisləşəcək


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Oktyabrın 2-si günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq, oktyabrın 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, həmin müddətdə havanın temperaturu 3-5 dərəcə enəcək. Bölgələrdə hava əsasən yağmurlu olacaq.

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə oktyabrın 2-də hava günün birinci yarısında əsasən yağmursuz olacaq. Gündüz şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdəleysan olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

XS
SM
MD
LG