Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

-

Bu ilin 8 aylıq(yanvar-avqust) gömrük statistikasının yekunlarına görə, dənli bitkilərin həm idxalı, həm də ixracatı artıb (uyğun olaraq, 36.8 və 75.6 faiz).

«ARTIM… DAHA ÇOX MİQDARDADIR»

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, dənli bitkilərdən, əsasən, buğdanın idxalı artıb: «Ölkəyə gətirilən 250.7 milyon dollarlıq dənli bitkilərin 86.2 faizi və ya 216.3 milyon dolları buğdanın payına düşür. Bu məhsulun idxalı 34.2 faiz artıb. Buğda daha çox çörək və çörək məmulatının hazırlanmasında istifadə olunur. Onun dünya bazarındakı qiymətinin son bir ildə ucuzlaşmasını nəzərə alsaq, demək, artım dəyər göstəricisində deyil, daha çox miqdardadır».

İDXAL ARTIMININ 2 SƏBƏBİ

Ekspert bildirir ki, buğdanın idxal artımını 2 amilə bağlamaq olar: «Biri - tələbin artımıdır.Məncə, xüsusən kəskin devalvasiyadan sonra qiymətində dəyişiklik baş verməyən azsaylı məhsullardan biri də çörəkdir. Bu, ailə büdcəsində çörəyə xərclərin çoxalması ilə tələb artımını şərtləndirib. Buğda istehsalının azalması və ya buğdanın keyfiyyətcə pisləşməsi ikinci səbəb ola bilər. Bu halda da idxal buğdası istər ucuzluğu, istərsə keyfiyyəti baxımından bazarda hökmran mövqeyini daha da gücləndirib».

Günün bütün mövzuları

XS
SM
MD
LG