Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:42

Suriyalı qaçqınları geri qaytaracaq


Donald Trump Fox News kanalına müsahibə verir

Donald Trump Fox News kanalına müsahibə verir

-

US prezidentliyinə iddialı Donald Trump Rusiyanın Suriyaya hava zərbələrini dəstəkləyib və deyib ki, 2016-cı ilin noyabrında prezident seçilsə, minlərlə suriyalı qaçqını geri qaytaracaq.

Respublikaçıların aparıcı namizədi CNN televiziyasına danışıb. Bu arada Rusiya Suriyada İslam Dövləti hədəflərinə zərbələr endirdiyini bildirib. Qərb bu iddianı sual altına alıb.

“Baxın, Rusiya oraya girmək istəyirsə, səmimi deyim, yaxşı olardı, vahid cəbhədə gedək. Rusiya İŞİD-i vurmaq istəyirsə..., bəlkə bu, Birləşmiş Ştatlara 200 min nəfərin gəlməsilə nəticələnən böyük miqrasiyanı sabitləşdirər…” Trump deyib.

“Qalib gəlsəm, bunu sizə indi demək istəyirəm, həmin 200 min nəfər geri qayıdacaq – onlar bunu bilsinlər və dünya da eşitsin… Biz 200 min nəfəri qəbul edə bilmərik, onlar İslam Dövləti yaraqlıları da ola bilər. Bilmirik onlar kimlərdir,” o, bildirib.

Obama administrasiyası indiyədək 1500 suriyalı qaçqını qəbul edib və bu yaxınlarda elan edib ki, 2017-ci ildə illik qaçqın kvotasını 70 mindən 100 minə qaldıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG