Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14

Rusiya Formula 1-i uzatmaq istəyir


Rusiyada Grand Prix, 12 oktyabr, 2014-cü il

Rusiyada Grand Prix, 12 oktyabr, 2014-cü il

-

Rusiya hökuməti bildirir ki, Formula 1-in Rusiya Grand Prix yarışlarının müddətini 2020-ci ildən sonraya uzatmaq üçün danışıqlar aparır. Rusiya həmçinin oyunları gecə keçirmək istəyir.

Rusiya prezidenti Vladimir Putin-lə görüşdə baş nazirin müavini Dmitry Kozak deyib ki, Sinqapur yoluyla getmək, gecə formatına keçməklə daha çox azarkeş toplamaq istəyirlər.

Hazırkı kontraktın müddəti 2020-ci ildə bitir. Kozak-ın sözlərinə görə, Soçi yarışlarını gecə keçirmək planları var.

Soçi yarışının təmsilçisi Sergei Vorobyov R-Sport agentliyinə bildirib ki, gecə formatına keçmək “çox güman” 2017-cu ildən sonra baş tutar, gələn il bu formata keçmək alınmaz.

Formula 1-in ilk Rusiya Grand Prix yarışları ötən ilin oktyabrında, əsasən Soçi Qış Olimpiadasının keçirildiyi məkanlarda baş tutub.


Günün bütün mövzuları

XS
SM
MD
LG