Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

-

Pakistanın baş naziri Nawaz Sharif Hindistanla gərginliyi azaltmaq üçün dörd bəndlik sülh təşəbbüsü irəli sürüb. Sentyabrın 30-da BMT Baş Assambleyasında çıxış edən Sharif qonşuları 2003-cü il atəşkəs sazişinə hörmət qoymağa çağırıb. Həmin saziş Kəşmirdə de fakto sərhədi, Kəşmirin hərbsizləşdirilməsini, Siaçen buzluğundan qüvvələrin şərtsiz çıxarılmasını nəzərdə tutur.

Sharif həmçinin təklif edib ki, İslamaabad və Yeni dehli hər hansı şəeaitdə gücdən istifadə etməyəciyini və ya bu hədəyə əl atmayacağını bir daha təsdiqləsin.

Hindistanın xarici işlər naziri oktyabrın 1-də Baş Assambleyada çıxış edəcək.

Kəşmir iki ölkə arasında mübahisəli ərazidir. 1947-ci ildən bəri nüvə silahlı bu iki ölkə bu əyalət uğrunda iki dəfə müharibə edib.

2003-cü il atəşkəs müqaviləsi isə son aylar ərzində dəfələrlə pozulub.

Siacen buzluğu Kəşmir əyalətində yerləşir, dünyanın ən hündür münaqişə bölgəsi sayılır.

Bu ərazi dəniz səviyyəsindən 6 min metrdən də yüksəklikdə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG