Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Ə.Həsənov: «Rusiya ilə Azərbaycanın fəxr ediləsi çox şeyi var»


Əli Həsənov.

Əli Həsənov.

-

Sentyabrın 30-da Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumunun yekunlarına dair sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Alexander Tsybulskiy və Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov imzalayıblar.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında deyib:

«Tədbir aydın şəkildə göstərdi ki, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi iki dövlətin xarici siyasətinin prioritet istiqamətidir. Bu isə hər iki ölkənin və xalqın fundamental maraqlarına cavab verir».

Forumun Azərbaycan ilə Rusiya arasında mühüm innovasiya əməkdaşlığı məsələlərinin müzakirəsi üçün səmərəli məkan olduğunu söyləyən Əli Həsənov vurğulayıb ki, iki ölkənin bir çox sahələr üzrə ümumi maraqları və baxışları var. Bu da qanunauyğun haldır, çünki iki ölkə arasında münasibətlər möhkəm tarixi köklərə malikdir və mehriban qonşuluq prinsiplərinə söykənir.

Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi onu da vurğulayıb ki, forum hər iki tərəfin bir-biri ilə daha fəal və sıx əməkdaşlıqda qətiyyətli olduğunu nümayiş etdirib.

RUSİYA AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ MÜHÜM YER TUTUR

Əli Həsənov qeyd edib ki, qarşıda çox iş var: bunlar həm əmtəə dövriyyəsinin və investisiyaların artırılması, həm ticari-iqtisadi əlaqələrin ahəngləşdirilməsi, həm də mədəni mübadilənin yeni formalarının işlənib hazırlanması və başqa məsələlərdir. O, əmin olduğunu bildirib ki, iki ölkənin davamlı səyləri sayəsində münasibətlərin inkişafının daha əlverişli dinamikası əldə ediləcək.

İkitərəfli münasibətlərə toxunan Əli Həsənov deyib ki, Azərbaycan ilə Rusiya çox şeylə fəxr edə bilərlər. Bu illər ərzində səmimiliyə və etimada əsaslanan möhkəm dostluq münasibətləri qurmaq mümkün olub.

Əli Həsənov vurğulayıb ki, Rusiya Azərbaycanın xarici siyasətinin prioritetləri sirasında ənənəvi olaraq mühüm yer tutur və bu iki ölkə strateji tərəfdaşlardır. O deyib: «Bu gün məmnunluq hissi ilə qeyd etmək olar ki, Azərbaycan ilə Rusiya, rus və Azərbaycan xalqları, vətəndaşlarımız və vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları arasında münasibətlər qarşılıqlı etimad və hörmət üzərində qurulub. Sevindirici haldır ki, prezidentlərimiz cənab İlham Əliyev və cənab Vladimir Putin arasında münasibətlər də qarşılıqlı ehtirama və tam qarşılıqlı anlaşmaya söykənən açıq və səmimi münasibətlər kimi səciyyələnir. Bu isə Azərbaycan-Rusiya əməkdaşlığının ən mühüm amillərindən biridir».

Forum çərçivəsində altı ikitərəfli sənəd imzalanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG