Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13

-

Oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ” və “Qəbələ” rəqibləriylə qarşılaşacaqlar.

“Qarabağ” Bakıda Belçikanın “Anderlext” komandasını qəbul edəcək. Oyun Bakı vaxtıyla saat 22-də başlayacaq. Birinci turun oyunlarında komanda “Tottenhem”ə məğlub olmuşdu.

“Qəbələ” isə Rusiyanın “Krasnodar” komandası ilə qarşılaşacaq. Oyun Rusiyada keçiriləcək. Bu qarşılaşma Bakı vaxtıyla saat 1-ə 5 dəqiqə işləmiş başlamalıdır.

Birinci turda “Qəbələ” öz meydanında PAOK-la qarşılaşmada oyunu heç-heçəylə başa vurmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG