Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

İŞİD İraqın bir neçə kəndindən çıxarılıb


Peşmərgə döyüşçüləri Kərkük yaxınlığında, 30 sentyabr, 2015-ci il

Peşmərgə döyüşçüləri Kərkük yaxınlığında, 30 sentyabr, 2015-ci il

-

Kürd qüvvələri deyirlər ki, İslam Dövləti (İD) qruplaşmasını İraqın şimalındakı Kərkük şəhəri yaxınlığında bir neçə kənddən çıxarıblar.

Kürdüstan Region Təhlükəsizlik Şurasının məlumatına görə, ABŞ koalisiyasının hava zərbələri ilə dəstəklədiyi hücum sentyabrın 30-da sübhdən başlanıb. Hücumda 3 min 500 peşmərgə döyüşçüsü iştirak edib.

Bəyanatda deyilir ki, kürd qüvvələri Kərküklə mərkəzdəki Samirə şəhərini birləşdirən magistral yola nəzarəti təmin ediblər. Əməliyyatda azı 10 kürd döyüşçü həlak olub, 16 nəfər yaralanıb.

Kürdlər ötən ilin yayında Kərkükə nəzarəti ələ keçiriblər. O vaxtdan yaraqlılar şəhərə saysız hücumlar təşkil ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG