Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Rusiyanın Suriyada hərbi-hava əməliyyatlarına başlamasını şərh edib.

O Milli Təhlükəsialik Şurasının Moskva ətrafında keçirilən toplantısında bildirib ki, İslam Dövləti qrupu Rusiuyanı hələ çoxdan öz düşməni adlandırıb.

Putin deyib ki, bu əməliyyat ya beynəlxalq normalar çərçivəsində, BMT təhlükəsizlik Şurasının razılığı, ya da hərbi köməyə ehtiyacı olan ölkənin sorğusu əsasında keçirilməlidir.

Rusiya prezidenti bildirib ki, Moskva beynəlxalq terrorçuluqla mübarizəni dəstəkləyib və bu yöndə bütün maraqlı qüvvələrin birləşməsini mümkün və məqsədəuyğun sayır.

Putin ilk mərhələdə maraqlı ölkələr, ilk növbədə regional dövlətlərə Beynəlxalq İnformasiya mərkəzinə, gələcəkdə isə Bağdaddakı koordinasiya mərkəzinə qoşulmağı təklif edib.

O bildirib ki, Rusiyanın Suriyadakı planı və hərəkəti barədə bütün tərəfdaşlara məlumat verilib.

Putin bir daha bildirib ki, Rusiyanın Suriyadakı antiterror əməliyyatlarında iştirakı, beynəlxalq normalar əsasında və Suriya prezidenti Bashar al Assadın xahişi ilə həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG