Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Macarıstan BMT-ni miqrantlar üçün qlobal kvota müəyyən etməyə çağırıb və bildirib ki, Yaxən şərqdən gələn qaçqınları təkcə Avropanın qəbul etməsi haqsızlıqdır.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, onun ölkəsi Avropada məcburi kvotaya qarşıdır və bununla bağlı sentyabrın 30-da BMT-yə rəsmi təklif göndərib.

O bildirib ki, biz beynəlxalq kvota müəyyən eləməliyik: ”Kütləvi qaçqın axınının mənbəyi olan ölkələrdə qeyri-sabitlik beynəlxalq siyasi qərarlar nəticəsində yaranıb.Bunu təkcə Avropa eləməyib”.

O qeyd edib ki,qlobal kvota əsasən Yaxın Şərqdə qeyri-sabitlik yharadan ölkələrə aid olmalıdır və burda müəyyən mənada ABŞ-a işarə edib.

Sentyabrın 30-da BMT Baş Assambleyası çərçivəsində miqrant problemi müzakirə olunacaq.

Təkcə bu il Yaxın Şərq və Şimali Afrika ölkələrindən 500 mindən çox qaçqın keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG