Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:38

«Milli Net 2015» başlayır


«Milli Net 2012»nin qalibləri.
«Milli Net 2012»nin qalibləri.

-

Oktyabrın 1-də Milli İnternet Mükafatı – «Milli Net 2015»ə start veriləcək.

İddiaçılar millinet.az saytında qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər. Qeydiyyat noyabrın sonunda başa çatacaq.

Bu il «Milli Net» yarışması 14 nominasiya üzrə keçiriləcək:

1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. Elm və təhsil
9. Elektron hökumət
10. Xidmət (Servis)
11. Qarabağ haqqında saytlar
12. İstifadəçi kontenti üzərində qurulmuş saytlar
13. Mobil tətbiqlər
14. Ən yaxşı sosial şəbəkə səhifəsi

Dekabrın 15–dək davam edəcək qiymətləndirmə prosesi peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti tərəfindən aparılacaq. Nəticələr millinet.az saytında yerləşdiriləcək.

Qaliblərə «Milli Net»in tuncdan hazırlanmış xüsusi mükafatı (hörümçək toru əks olunan buta), diplomlar və qiymətli hədiyyələr veriləcək.

Təqdimat mərasimi dekabrın sonlarında keçiriləcək.

Müsabiqəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, «Azercell» və «Delta Telekom» şirkətləri dəstək verirlər.

XS
SM
MD
LG