Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

-

Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın təhlili göstərir ki, ölkəyə idxalı artan məhsulların siyahısında dərman məmulatları da var. Belə ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əczaçılıq məhsullarının idxalı 16.4 faiz və ya 25 milyon dollar artıb. Nəticədə ötən il dərman gətirilməsinə görə idxalatçılar 160 milyon dollar vəsait xərcləmişdisə, bu il artıq bu məqsədlə xərcləmələr 185 milyonu ötüb.

Bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq, ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, əslində Azərbaycanda istehlakçıların bu qədər dərman «yeməsi» ölkədə apteklərin sayının çox olmasını şərtləndirib: «Müqayisə edəndə görürük ki, yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölçülü ölkəsində, məsələn, Belçika və Avstriyada olan apteklərin sayından çoxdur. İlk baxışda dərman idxalının artımını iki səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiymətinin bahalaşması ilə izah etmək mümkündür. Fikrimcə, əczaçılıq məhsullarının idxal biznesində leqallaşma səviyyəsi yüksəlib və bu hələ son hədd deyil. Yəqin ki, il ərzində dərman məhsullarının idxalında artım davam edəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG