Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

-

Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum) qlobal rəqabətlilik indeksində iki pillə geriləyib.

Forumun sentyabrın 30-da yaydığı hesabata görə, Azərbaycan 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb. Keçən il 144 dövlət arasında 38-ci idi.

Buna baxmayaraq, Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayıb.

Dünya İqtisadi Forumunun hesabatında Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb.

Sıralamada ilk üçlükdə isə İsveçrə, Sinqapur və ABŞ yer alıb.

AZƏRBAYCANLA BAĞLI GÖSTƏRİCİLƏR:

Azərbaycan

- mülkiyyət hüququ sahəsində ötən ilə nisbətən 10 pillə (101);

- Əqli mülkiyyət hüququnun qorunması üzrə 12 pillə (92-ci);

- İnvestrorların müdafiəsi sahəsində 28 pillə (50-ci) geriləyib.

Subindikatorlar - təhsil və insan kapitalının inkişafını müəyyən edən göstəricilərdə Azərbaycan 100-dən aşağı sıralarda qərarlaşıb.

Məsələn, ibtidai təhsillə əhatə səviyyəsinə görə 105-ci yerdə (ötən il 104), təhsil sisteminin keyfiyyətinə görə 107-ci yerdə (ötən il 104), ibtidai təhsilin keyfiyyətinə görə 106-cı yerdə (ötən il 106) dayanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG