Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Xurma yetişdirənlər çıxılmaz vəziyyətdədir


Xurma.
Xurma.

-

Qərb bölgəsində xurma ticarəti ilə məşğul olan sahibkarlar çıxılmaz vəziyyətdədirlər.

Kəpəz TV-nin məlumatına görə, Rusiya bazarına çıxarılan meyvə rublun ucuzlaşmasından sonra alıcısını itirib.

Keçən il xurmanın bir 1 yeşiyini 5-7 manata satan kəndlilər bu il məhsullarına alıcı tapa bilmirlər.

Fermerlər bildirir ki, yerli bazarda tələbatı yüksək olmayan xurma Rusiya bazarlarına aparılmazsa, maddi cəhətdən xeyli ziyana düşəcəklər.

Tovuzda 200 hektardan çox xurma bağı var. Rayonda xurmanın şişburun, yastı və korolyok növləri yetişdirilir.

XS
SM
MD
LG