Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:28

-

“Bu ilin 9 ayı ərzində Zaqatala rayonunun şəxsi və fermer təsərrüfatlarında 4044 baş inək və düyə süni yolla mayalandırılıb. Onlardan 3168 baş cins buzov alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə süni mayalandırma yolu ilə alınan buzovların sayı 34 baş artıb.

Bu haqda AzərTac-a Zaqatala rayonundakı Baytarlıq Diaqnostika Kabinetinin direktoru və Süni Mayalandırma Mərkəzinin müdiri Hüşən Ramazanov məlumat verib.

H. Ramazanovun sözlərinə görə, hazırda rayonun kəndlərində 13 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr rayonun bütün ərazisini əhatə edir:


“Məntəqələrdə çalışan süni mayalandırma texniklərinin iş şəraitini yaxşılaşdırmaq məqsədilə bu il Kənd Təsərrüfatı Nazirliyi onların hər birinə yedəkli motosikletlər də verilib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG