Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Yumoristik əsərlər mükafatını ilk dəfə qadın alıb


Kitabın üz qabığı

Kitabın üz qabığı

- Julie Schumacher (Culia Şumaxer) "Hörmətli Komitə üzvləri" ("Dear Commitee Members") romanıyla ABŞ-da yumor, komediya janrında yazılan əsərlərə verilən Thurber mükafatının qalibi olub. Bu, mükafatın 20 illik tarixində ilk qadın qalibdir.

Mükafatı yazıçı James Thurber’in Thurber Evi ədəbiyyat mərkəzi verir.

Culia Şumaxerin romanı bir qərbli professorun həyatından bəhs edir, o, həmkarlarına, tələbələrə və tanımadığı adamlara sonsuz dərəcədə çox zəmanət məktubları yazır və gündə neçə dəfə zəmanət məktubu yazmaq xahişləri alır.

Yazıçı Şumaxer Minnesota Universitetində yaradıcılıq müəllimidir. Mükafatı almaq üçün əsərlərə qoyulan tələb budur: “Thurber ənənəsilə yazılmalıdır, Thurber yumoru çox ağıllı və sarkastik idi.”

Mükafata hər il təxminən 65 əsər göndərilir.

Thurber 20-ci əsrin ortalarında yaşamış yumorist və karikaturaçı olub. Onlarla kitabın müəllifidir.

ABŞ-da yumoristik əsərlər üçün nəzərdə tutulmuş Mark Twain Mükafatı da mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG