Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

Fransanın Nitsa şəhərində rəsmilər film çəkilişi zamanı asılmış nasist bayrağından vahiməyə düşənləri sakitləşdiriblər.

-

Fransanın Nitsa şəhərində rəsmilər film çəkilişi zamanı asılmış nasist bayrağından vahiməyə düşənləri sakitləşdiriblər.

Bayraq Prefektura Sarayınının binasında, qapının üstündə asılmışdı.

Burada Joseph Joffo-nun xatirələri əsasında bədii film çəkilirdi.

Ssenariyə görə, SS rəisi Alois Brunner şəhərdə yəhudilərin həbslərini bu binadan koordinasiya edir.

Şahidlər bildirirlər ki, bayrağı görən bəzi sakinlər və turistlər qışqırmağa başlayıblar.

Buna baxmayaraq, bayraqlı binanın qarşısında selfie çəkdirənlər də az olmayıb.

Real tarixdə İtaliya işğalı zamanı Fransız Rivyerası yəhudilərin son gizlənc yeri olub.

“Bir çanta mərmər” filminin personajları real tarixi şəxsiyyətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG