Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:02

Virginia Woolf nə deyirdi?


Virginia Woolf
Virginia Woolf

- Virginia Woolf'un “Özünə məxsus otaq” romanından seçmələr

"Bu ötən əsrlər boyu qadınlar kişini olduğundan ikiqat böyük göstərən bir güzgü vəzifəsi yerinə yetiriblər.

İnsan cəmiyyətlərində kişilərin hansı işi görmələrindən asılı olmayaraq, bütün zorakılıq və ya qəhrəmanlıq əməllərinə güzgü gərək olur.

Bu səbəbdən Napaleon da, Mussolini də qadınların kişilərdən aşağı olduğuna bu qədər israr edirlər, əgər qadınlar aşağı olmasaydılar, özləri böyüyə bilməzdilər."

“Güzgünü sındırmağın yolu qadının özünü ifadə etməyə başlamasıdır.”

"Qadınlar həqiqəti deməyə başlasalar, kişinin güzgüdəki görüntüsü kiçilməyə başlayır… Güzgüdəki görüntü son dərəcə vacibdir, onlarda özlərinə güvəni möhkəmlədir. Güzgünü əlindən aldığımız zaman kişi kokaini əlindən alınmış bir narkoman kimi ölüb gedə bilər.”

“Qadınlar kişilər kimi yazıb kişilərə bənzəsələr, çox pis olar, çünki dünyanın böyüklüyü və müxtəlifliyi nəzərə alınsa, iki cins azlıq edir, belə olan halda yalnız bir cinslə necə yaşayarıq? Təhsil bənzərliklər yerinə fərqlilikləri ortaya çıxarıb gücləndirməlidir.”

"Zəkada iki cins birləşməlidir. Yalnız belə bir birləşmə olsa, beyin qüsursuz döllənər və bütün imkanlarından yararlanar. Sırf kişi olan beyin yaradıcı ola bilməz, sırf qadın olan beyin də həmçinin.”

"İntellektual azadlıq maddi şeylərə bağlıdır. Şeir də intellektual azadlığa bağlıdır. Qadınlarsa həmişə yoxsul olublar, yalnız son iki yüz ildə deyil, dünya qurulandan bəri.”

“Niyə kişilər şərab, qadınlarsa su içirdi? Niyə cinslərdən biri elə zəngin, biri isə belə yoxsul idi? Yoxsulluğun qadınların ədəbiyyat yaratması üzərindəki təsiri nə idi? Sənət əsərlərinin ortaya çıxmasına gərək olan şərait nə idi?..”

“Professorlar, məktəb müdirləri, sosioloqlar, din xadimləri, yazıçılar, jurnalistlər, qadın olmamaqdan başqa heç bir xüsusiyyəti olmayan kişilər mənim bir sualımı – "Qadınlar niyə yoxsuldurlar?" - əlli sual şəklinə düşənə, bu əlli sual da çay axarına düşüb uzaqlaşana qədər qovdular.”

“Xəyali planda qadın son dərəcə vacibdir, ilham pərisidir, real həyatda isə tamamilə əhəmiyyətsizdir. Şeirlər başdan ayağa qadını vəsf edir, romanlarda qadın kralların və fatehlərin həyatına hökm edir, halbuki gerçək həyatda qadın barmağına üzük keçirmiş hər hansı bir oğlanın və onun ailəsinin köləsidir.

Ədəbi əsərlərdə ən təsirli sözlər, dərin düşüncələr qadın dodaqlarından tökülür, gündəlik həyatda isə qadın heç oxuyub yaza bilmir və ərinin malıdır.”

“Nə qədər çox şeirlərin altında yazılıb: Anon. İmzasını qoymadan bu qədər şeirlər yazanlar adətən qadınlar olurdu.”

“Yaxşı yemək yeməmiş insan yaxşı düşünə, sevə, yata bilməz.”

“Qadın nəsr yazmaq istəyirsə, onun pulu və özünə məxsus otağı olmalıdır.”

“Qadınların qurtuluşuna qarşı kişilərin müxalifət tarixi bəlkə də qurtuluş tarixinin özündən uzun və maraqlıdır.”

“Əgər bir şair ürəyi qadın bədənində vurursa, kim onun istiliyini və şiddətini ölçəcək.”

"Vilyam Şekspirin Cudi (Judith) adlı bacısı vardı... O da macərasevər, təxəyyüllü, dünyanı görməyə həvəsli idi. Amma onu məktəbə buraxmadılar... O da şeir yazırdı.

Amma onu bu bacarığını inkişaf etdirməyə qoymadılar. Vilyam kitab oxuyurdu, o isə əlinə kitab alan kimi ev işləri buyururdular...

Atası onu döydü və ərə getməyə məcbur etdi. Cudi özünü öldürdü. Vilyam özünü təsdiq etdiyi vaxt Cudinin imkanları ifadəsiz qaldı..."

“Şekspirin şair bacısı… O, səndə, məndə və bu gecə qabları yuduğuna, uşaqları yatırdığına görə burada ola bilməyən başqa qadınlarda yaşayır.”

“Buna görə də mən sizdən kitab yazmanızı xahiş edirəm. Mövzuya görə tərəddüd etmədən. Nədən olsa yazın.

Ümid edirəm, səyahət etmək, gəzib-dolaşmaq üçün, dünyanın keçmişi, gələcəyi haqda baş sındırmaq üçün, kitablar haqda xəyallara dalmaq, küçələrin tinlərində oturmaq, fikir axınına dərin kökə qədər gedib çıxmağa imkan vermək üçün özünüzün kifayət qədər pulunuz olacaq."

“Şah əsərlər ani və tək-tənha doğulmur, onlar çox illərin düşüncələrinin bəhrəsidir, özü də təkcə bir adamın deyil, kütlələrin də təcrübəsi dayanır bir səsin arxasında.”

“Nəsr – hörümçək toru kimidir, harasa bağlılığı elə xəfifdir ki, amma hər halda dörd küncü həyata bağlıdır.”

XS
SM
MD
LG