Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

ABŞ prezidenti Barack Obama İslam Dövləti qrupunun qarşısını almaq üçün səyləri bərpa etməyə və geniş beynəlxalq koalisiya yaratmağa çağırıb.

Obama sentyabrın 29-da ABŞ-ın rəhbərliyi ilə BMT-nin sesiyası çərçivəsində keçirilən sammitdə bildirib ki, İslam Dövləti qrupu sonda məğlub ediləcək, amma bunun üçün vaxt lazımdır, mübarizə asan olmayacaq.

Sammitdə 100-dən çox ölkədən onlarla lider və diplomatiştirak edib.

Amma Rusiyanın BMT-ki səfiri Vitaly Churkin bu təşəbbüsü tənqid edib və bildirib ki, bu BMT-nin bu sahədə səylərini ciddi şəkildə pozur.

O qeyd edib ki, hər şey BMT çərçivəsində və nizamlı şəkildə olmalıdır.

Nyu-Yor Tayms qəzetinin yazdığına görə, ABŞı-n xüsusi kəşfiyyatı hesab edir ki, hazırda Suriya və İraqda İslam Dövləti qrupu tərəfindən 30 minədək xarici döyüşçü vuruşur.

Obama qeyd edib ki, İslam Dövləti qrupu ilə mübarizə asan olmayacaq, bu qrupu təkcə döyüş meydanında yox, onun ideologiyasını da məhv etmək lazımdır.

Obama ABŞ-ın bu işdəRusiya və İran da daxil olmaqla bütün tərəflərlə əməkdaşlığa hazır olduğunu bildirib.

O həmçinin bir daha qeyd edib ki, Suriyaya yeni lider lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG