Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Əfqanıstanın hökumət qoşunları Kunduz şəhərini talibançılardan geri almağa çalışır.

Prezident Ashraf Ghani sentyanrın 29-da hökumət qüvvələrinə əlavə kömək göndərildiyini bildirib.

O yaxın vaxtlarda şəhərin talibançılardan geri alınacağını vəd edib.

Prezident bildirib ki, dinc sakinlər arasında itkilərdən qaçmaq üçün şəhər bombalanmayacaq və ordu birləşməəri döyüşlə şəhəri geri qaytaracaq.

Müdafiə nazirliyinin məlumatına görə, ordu şəhərdəki əsas həbsxana polisin baş qərargahını geri alıb.

Həmçinin köməyə gələn NATO qüvvələri Talibançıların Kunduz əyalətindəki mövqelərini bombalayıblar.

Qeyd edək ki, talibançılar ötən gün Kunduz şəhərini zəbt edərək hökumət binaları və həbsxananı tutub, yüzlərlə məhbusu azadlığa buraxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG