Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:55

Seymur Həzini susdurmaq cəhdi- [Video]


Seymur Həzi həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Seymur Həzi həbsdə qaldı

►“Mənə xuliqan demək üçün əlinizdə ciddi əsas olmalı idi.

Mən ali təhsilli, ictimai-siyasi fəaliyyətlə məşğul olan biriyəm. Məni susdurmaq olmaz”.

“Azadlıq” əzetinin əməkdaşı, “Azərbaycan saatı” verilişinin aparıcısı Seymur Həzi məhkəmədə belə dedi.

Sentyabrın 29-da Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə jurnalistin işi üzrə növbəti proses keçirildi.

Əvvəlcə prosesdə vəkil Adil İsmayılov çıxış etdi.

Bildirdi ki, cəmiyyətdə hər bir kəsin, o cümlədən işə baxan hakimlərin də Seymur Həzinin günahsız olduğunu bildiyi şəraitdıə belə bir şəxsi müdafiə etmək çox asandır:

“Amma sizin ona bəraət verəcəyinizə inamım yoxdur. Ona görə çıxışımın da nəyisə dəyişəcəyini düşünmürəm”.

Buna da bax: Bakıda səfirlik önündə 1 nəfərlik aksiya: "Kömək edin"

“HƏM MƏNİ, HƏM DƏ AŞPA-NI UTANDIRMAQ ŞANSINIZ VAR”

Adil Ismayılov
Adil Ismayılov

Vəkil çıxışında əvvəlcə məhkəməyə bir iradını bildirdi:

Hökmü əsassız və qanunsuz hesab edirəm.

“Sumqayıt Apellyasiya Məhkəməsinin bütün sənədlərində “apellyasiya” sözü bir “l” hərfi ilə yazılır. Əslində orfoqrafiya lüğətində də belədir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının əsas qanununda və digər bütün qanun və məcəllələrdə bu söz 2 “l” hərfi ilə yazılır və qanuna hörmət hamının borcudur. Yəni teatr asılqandan başlayır. Ona görə bu iradı deyirəm ki, gələcəkdə nəzərə alasız”.

Daha sonra vəkil bildirdi ki, hamı ondan Seymurun vəziyyətinin necə olacağını, məhkəmənin nə qərar verəcəyini soruşur. Eyni suallar birinci instansiya məhkəməsi zamanı da verilirmiş:

“O vaxt zarafatla deyirdim ki, baxır Seymura işi kimə görə verəcəklər. Çünki onun o məhkəmədə 2 vəkili var idi. Biri mən, digəri Elton Quliyev. Deyirdim ki, əgər cəza Adilə görə olsa, 5 il, Eltona görə olsa, 4 il olardı. Amma indi ikimiz də vəkilik deyə ikisinin ortasında bir şey olacaq. Mən səhv etmədim, birinci instansiya məhkəməsi 5 il verdi. Mənə görə verilibsə, indi də yəqin 5 ili saxlayacaqlar. Elton Quliyev Azərbaycanda 3-5 ən yaxşı vəkildən biridir. Elə Adil İsmayılov da pis vəkil deyil. Amma bizim müdafiəmizə baxmayaraq, Seymura 5 il həbs cəzası verdilər. Hökmü əsassız və qanunsuz hesab edirəm. Ərizəmdə bunu əsaslandırmışam da. Elə bircə fakt burada xuliqanlığın olmadığını aydın göstərir. Məhərrəm Həsənov barəsində elə məhkəmənin xuliqanlıqla bağlı qərar çıxarması onu göstərir ki, Seymurun xuliqanlıq əməlindən söhbət gedə bilməz”.

Daha sonra vəkil üzünü hakimlərə tutub onlardan ədalətli və qanuni qərar gözləmədiyini dedi, amma onu da bildirdi ki, məhkəmənin əlində onu utandırmaq şansı da var:

“Bu yaxınlarda AŞPA da qətnamə qəbul etdi və jurnalistlərdən biri mənim buna münasibətimi soruşdu. Mən gülə-gülə dedim ki, “siyasətə qarışmıram”. Əslində bir vəkil olaraq həqiqətən də siyasətə qarışmaq istəməzdim. Amma bu, mümkün deyil. Xüsusən də əgər siyasi proseslərdə iştirak edirsənsə. Seymur Həzi də siyasi baxışlarına görə həbs olunub. Əlinizdə mənim səhv düşündüyümü sübut etməyə imkan var. Mən istərdim ki, səhv olduğumu göstərəsiz və mən sizdən üzr istəyim. Amma adətən bu cür məhkəmələrdə mən bir vəkil kimi uduzub məyus oluram, hakimlər də xəcalət çəkirlər. Amma sizin əlinizdə bunu dəyişmək imkanı var. Həm məni, həm də AŞPA-nı utandırmaq şansınız var. Sübut edin ki, Azərbaycanda ədalətli məhkəmə var”.

Buna da bax: Avropa Oyunları öncəsi üzlənən binanın içi

“BİLİRSİZ MƏNİ NİYƏ HƏBS EDİBLƏR?”

Seumur Həzi (Arxiv)
Seumur Həzi (Arxiv)

Daha sonra məhkəmədə Seymur Həzi son sözlə çıxış etdi. Əvvəlcə hakimdən çıxışının video lentə alınmasına icazə istədi, amma hakim razılıq vermədi. Çıxışının əvvəlində ötən prosesə gələrkən üzləşdiyi problemdən danışdı:

“Keçən prosesə gələndə cibimdə qeydlərimi etdiyim bir kağız var idi. Üstümə axtarış baxışı zamanı həmin qeydlərimi tapıb götürdülər. Daha sonra təcridxana rəhbərliyi həmin yazdıqlarımı təxribat sənədi saydı və mənə buna görə töhmət verdilər. Mən burdan həm təcridxana rəhbərliyinə, həm də mənim həbsimi sifariş verənlərə demək istəyirəm ki, təxribat o kağız parçası deyil, əsl təxribat Bakı buxtasına rus gəmilərini buraxmaqdır”.

Hakim jurnalistin sözünü kəsdi və onu ittiham üzrə danışmağa çağırdı.

Seymur Həzi:

“Məni bu işlə bağlı tutmayıblar axı. Burda mənim xuliqan olduğum sübut olunmayıb. Məni nəyə görə tutublarsa, o barədə danışıram”.

Hakim:

“Məhkəmədən siyasi tribuna kimi istifadə etməyin”.

Seymur Həzi:

“Açıq etiraf edin ki, burada bu barədə danışmağım sizin üçün təhlükəlidir, onda danışmayım. Mən hesab edirəm ki, məni buna görə tutublar və müdafiəmi də bu yöndə qururam. Əgər siz özünüzü nazirlik orqanı hesab edirsizsə, onda mən niyə burdayam ki?”

Hakim:

“Siz siyasətlə məhkəmə prosesini qarışdırırsız”.

Seymur Həzi:

“Siz bilirsiz məni niyə həbs ediblər. Liberman Azərbaycana səfərə gələndə bunu şərh etdiyimə görə, camaatın balalarını qırıb qurban verdiklərindən danışdığıma görə. Yoxsa ki, nə mən İlham Əliyevin atasını öldürmüşəm, nə də ki, o mənim atamı öldürüb. İttiham üzrə danışmaq deyirsizsə, siz işi araşdırmadız axı. Mənə bir fakt deyin, mən də sizinlə razılaşım. Mən ali təhsilliyəm, ictimai-siyasi fəaliyyətlə məşğulam. Dövlət ittihamçısının mənə “xuliqan” deməsi üçün əlində ciddi əsaslar olmalı idi. Məni susdurmaq olmaz. Mənim bu ölkədə düşmənim də yoxdur. Heç Məhərrəm Həsənov adında da düşmənim yoxdur. O, bu gün də bura gəlsə, Abşeron məhkəməsində olduğu kimi alıb cibinə siqaret qoyaram. Əgər o, öz ifadəsində deyirsə ki, ilk yumruğu mən atmışam və şəkillərdə də görünür ki, mənim köynəyim cırıq-cırıqdır, mənə maddi, mənəvi ziyan dəyib, belə olan halda mənə xuliqan demək olmaz. Heç olmasa, imkan verin, sözümü deyim. Heç olmasa, gələcəkdə nəvələrinizə deyərsiz ki, “azadlıq verə bilmədik, amma imkan verdik, sözünü dedi”. Uşaqların uşaqlığı, gələcəyi, ahılların ahıllığı əlindən alınan bir ölkədir bura. Kəlağayını UNESCO-da eksponata çevirəndən sonra qadınların həbsinə başlandığı bir ölkədir. Məhz ondan sonra Leyla Yunusu, Xədicə İsmayılı həbs etdilər”.

Buna da bax: E.Türkoğludan Xədicə İsmayıla "ikinci cəbhə" hədəsi

Kəlağayını UNESCO-da eksponata çevirəndən sonra qadınların həbsinə başlandığı bir ölkədir. Məhz ondan sonra Leyla Yunusu, Xədicə İsmayılı həbs etdilər.

TƏKRAR EŞİTMƏYƏ EHTİYAC YOXDUR

Hakim növbəti dəfə jurnalistin sözünü kəsdi:

“Məhkəmə qərar qəbul edir ki, ümumi siyasi məsələləri şərh etdiyinizə görə sizə çıxış imkanı verilməsin”.

Daha sonra hakim onu da bildirdi ki, Seymur Həzinin çıxışında toxunduğu məsələlər onların hər gün gördükləri, qonşudan, radio-televiziyadan eşikdikləridir və təkrar eşitməyə ehtiyac görmürlər.

Daha sonra məhkəmə müşavirəyə getdi və qərarını elan etdi. Sumqayıt Apellyasiya Məhkəməsi Seymur Həzi barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı.

“Azadlıq” qəzetinin əməkdaşı və xaricdən ölkəyə yayınlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi ötən il avqustun 29-da həbs olunub. Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham olunan jurnalist bu ilin yanvarında Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG