Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:59

“Rusiya ilə ABŞ İslam Dövləti qrupuna qarşı mübarizə yollarını müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində görüş təşkil etmək razılığına gəliblər”.

Bunu ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra sentyabrın 29-da RT televiziyasına müsahibəsində deyib.

Lavrov görüşün çox konstruktiv olduğunu bildirib və qeyd edib ki, söhbət Suriya məsələsində ABŞ-la Rusiya arasında mümkün yaxın əməkdaşlıqdan gedir.

Nazir qeyd edib ki, liderlər razılığa gəlib ki, ümumi məqsəd İslam Dövləti qrupunu dəf etməkdir.

Qeyd edək ki, ABŞ Kremli hərbi köməklə Suriya prezidenti Bashar Assadı möhkəmləndirməkdə günühlandırır.

Moskva ittihamı rədd edir və bildirir ki, məqsəd İslam Dövləti qrupunun qarşısını almaqdır.

Rusiya prezidenti Vladimir Putin Suriya ordusunu bu qrupla mübarizədə yeganə güc hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG