Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

-

Oktyabrın 3-də Britaniyanın məşhur teatr dərnəyi «Shakespeare's Globe»-un «Hamlet» tamaşası dünya turu çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək. Tamaşa British Council və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. British Councildən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə verilən xəbərə görə, Londonun «Shakespeare's Globe» teatrı bu layihəni dünya şöhrətli dramaturq Şekspirin anadan olmasının 450 və vəfatının 400-cü ildönümü şərəfinə həyata keçirir.

İndiyədək 100-dən artıq ölkədə göstərilən tamaşanın 2016-cı ilin aprelinədək dünyanın bir çox ölkələrində nümayişi nəzərdə tutulub. Tamaşa Akademik Milli Dram Teatrında subtitrlər vasitəsilə təqdim ediləcək.

Biletlərii paytaxtın teatr kassalarından almaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG