Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:34

- Bu həftə, 27 sentyabrdan 3 oktyabra qədər ABŞ-da Qadağan olunmuş kitablar həftəsi keçirilir.

Amerika Kitabxanalar Assossasiyasının təşəbbüsülə 33 ildir ki, hər il sentyabrın son həftəsi keçirilən bu tədbir məlumatlara azad və açıq giriş imkanını qeyd edir.

Bu həftə ölkə üzrə kitabxanaçılar, kitab satıcıları, naşirlər tədbirlər keçirir, fikirləri açıq şəkildə ifadə etmək azadlığı haqda müzakirələr aparırlar.

Dövlət senzurasından tutmuş bu kimi suallara qədər: Müdirin, yaxud valideynin sənin iş və ya ev kitabxananda qadağan etdiyi kitabı görəndə və onu rəfdən götürmək istəyəndə nə etməlisən? Kitab qadağasının öhdəsindən necə gəlmək olar?

Kitabxanalarda dünyanın müxtəlif ölkələrində hazırda qadağan olan kitablar nümayiş etdirilir və oxuculara təklif olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG