Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:40

Apteklərdə monitorinqlər davam edir


Aptek (arxiv fotosu)
Aptek (arxiv fotosu)

«Dərman vasitələrinin Tarif Şurasının təsdiq etdiyi yeni qiymətlərlə satışına nəzarət etmək üçün apteklərdə monitorinqlər davam edir. Sentyabrın 15-dən bu günə kimi monitorinq keçirilən obyektlərdə hələlik heç bir qayda pozuntusuna rast gəlinməyib». Bunu «Report»a İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

Monitorinqi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi birgə keçirirlər.

Tarif Şurası ilkin mərhələdə 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətlərini tənzimləyib.

XS
SM
MD
LG