Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03

Sarkisyan: «Qarabağ Ermənistanındır»


Sarkisyan Nyu Yorkda - BMT-də çıxış edərkən, 28 sentyabr, 2015

Sarkisyan Nyu Yorkda - BMT-də çıxış edərkən, 28 sentyabr, 2015

-

«Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır».

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick deyib. Xəbər Agentliyi həmsədrdən Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirməsini istəyib.

«Biz həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiqik», - deyə o, söyləyib.

Bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG