Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

-

«Google»un elektron poçt xidməti «Gmail» yeni özəlliklərini təqdim etməyə davam edir.

Xidmətdə daha bir yenilik istifadəçilərin ixtiyarına verilib.

Artıq istifadəçilər istəmədikləri şəxsləri əngəlləyə biləcəklər.

«Block» funksiyası narahat edən e-mail adresləri əngəlləyib, bir daha həmin şəxslərdən məktub almamağa imkan verir.

İstəmədiyin şəxsi əngəlləmək üçün ondan gələn məktubu aç, «Reply» seçiminin yanındakı aşağı ox işarəsinə bas, açılan pəncərədə «Block "xxx"» bölməsini seç.

Arzuolunmaz şəxslərdən gələn məktublara ayrıca «Blocked» bölməsindən baxmaq olar.

XS
SM
MD
LG