Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:24

Rusiya Ukrayna üçün hava məkanını bağlayır


Ukraynalı qız münaqişə bölgəsindən qayıdan hərbçilərin qarşılanması mərasimində

Ukraynalı qız münaqişə bölgəsindən qayıdan hərbçilərin qarşılanması mərasimində

-

Oktyabrın 25-dən Rusiya hava məkanını Ukrayna təyyarələrinin üzünə bağlayır. Bu, Ukraynanın ötən həftə qoyduğu qadağaya cavabdır.

Rusiya nəqliyyat agentliyi sentyabrın 28-də bildirib ki, baş nazir Dmitri Medvedev qadağa barədə sərəncam verib.

Ukrayna hökumətinin sentyabrın 25-də çıxardığı qərara görə, oktyabrın 25-dən Aeroflot, Transaero və Rusiyanın digər hava şirkətlərinin Ukraynaya uçuşu qadağan olunur.

Kiyev bu addımı Krım vilayətinin Rusiya tərəfindən anneksiya edilməsinə cavab olaraq atıb. Ukrayna həmçinin bununla Rusiyanın ölkənin şərqindəki separatçılara yardımını əngəlləmək istəyir. Rusiya separatçılara hər hansı dəstək göstərmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG