Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:52

Gələn ilki büdcəylə bağlı qorxulu proqnoz


2016-2017-ci illərdə problemlər pik həddinə çatacaq.

2016-2017-ci illərdə problemlər pik həddinə çatacaq.

-

«Bizim yol» gözlənilən bahalaşmadan yazır.

Məqalədə deyilir ki, 2016-cı il dövlət büdcəsi zərfində göstərilənə görə, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli qəzetə söyləyib ki, bahalaşma qaçılmazdır: «Büdcə sənədi göstərilənlərin məntiqi yanaşması, bahalaşmanın ola biləcəyini deyir. Eyni zamanda, nəqliyyatda gediş haqları ilə bağlı məsələ də gündəmə gələ bilər. Nazir bir neçə dəfə açıqlama verib ki, indiki qiymətlər onların xərcini ödəmir, maya dəyərindən aşağı xidmət göstərirlər. «Azərsu», «Azərenerji», SOCAR-ın tərkibində olan «Azəriqaz» da eyni tələbi qoya bilər».

İqtisadçı əlavə edib ki, bu gün əsas problemlərdən biri dövlətin təbii inhisarçı şirkətlərinin səmərəsiz və qeyri-effektiv fəaliyyət göstərmələridir: «Təbii ki, bunun da sonunda «cəzası» əhaliyə kəsilir, idarəetmədə olan problemlərin həll edilməsi üçün əhali daha çox cibindən xərcləməli olur. Büdcə zərfində yer almış sözügedən fikir bahalaşma ehtimalını bir qədər də yüksəldir. Gələn il ictimai nəqliyyatda gediş haqlarında, daha sonrakı mərhələlərdə kommunal xidmətlərdə bahalaşmanı görə bilərik. Metroda gediş haqlarının bahalaşması ehtimalı daha böyükdür, çünki iki ildir ki, bu istiqamətdə söhbət gedir».

Digər ekspert Akif Nəsirliyə görə, hökumət çalışacaq ki, qiymətlərin birbaşa bahalaşmasını cilovlasın: «Bu, həm də siyasi məsələ ilə bağlı məqamdır. Xaricdən təzyiqlərin artdığı bir vaxtda daxildə narazı kütlənin artması hökumət üçün arzuolunan deyil. Mümkün qədər qiymətlərin artırılmasına getməyəcəklər. Düşünürəm ki, qiymətləri gələn ilin birinci yarısına kimi saxlamaq mümkün olacaq».

Mübariz Mənsimov.

Mübariz Mənsimov.

RUSİYA MÜBARİZ MƏNSİMOVU İŞİD-LƏ «VURDU»

«Yeni Müsavat» araşdırır: «Rusiya Mübariz Mənsimovu İŞİD-lə «vurdu»! - Səbəbi nədir?

Qəzet yazır ki, İŞİD-in nəzarətində olan neft Ceyhan limanından azərbaycanlı oliqarx Mübariz Mənsimovun «Palmali Shipping&Agency JSC» şirkətinə məxsus tankerlərlə daşınır.

Mübariz Mənsimov «Palmali»ni 1998-ci ildə qurub, şirkətlər qrupu Maltada qeydiyyatdan keçib. Dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan «Palmali»nin hazırda 21 ölkədə ofisi var. «Palmali» 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. «Palmali»nin ən böyük müştərisi dünyaca məşhur olan bp şirkətidir.

Qəzet yazır: ««Palmali» ilə neft daşımaçılığında ortaqlar sırasında Azərbaycanın SOCAR şirkəti də var. Bu da istər-istəməz indiki həssas məqamda diqqət çəkə, Azərbaycanın imicinə zərbə vura bilər. Nəzərə alsaq ki, rəsmi Bakının Qərblə münasibəti gərgindir və bu kimi xəbərlər Azərbaycana qarşı növbəti təzyiq dalğası başlada bilər ki, bu da Moskvanın əlinə oynayar. Daha bir diqqət çəkən məqam Türkiyə hakimiyyəti ilə Kremlin bəzi məsələlərdə anlaşa bilməməsidir ki, bu sırada Suriya da var, Qarabağ da, qaz məsələsi də. Türkiyə prezidentinin Moskvaya son səfərində də tərəflər arasında bu məsələlərdə anlaşma olmadığı iddia edilir».

Elxan Məmmədov.

Elxan Məmmədov.

AFFA İLƏ «İDMAN AZƏRBAYCAN» ARASINDA QALMAQAL

Qafqazinfo «AFFA rəhbərliyi ilə «İdman Azərbaycan» arasında qalmaqal»a diqqət çəkir.

Hər həftənin bazar ertəsi «İdman Azərbaycan» telekanalında yayımlanan «Premyer Liqa» verilişinin sonuncu buraxılışı efirə getməyib.

Qafqazinfo xəbər verir ki, «İdman Azərbaycan» kanalı buna səbəb kimi AFFA-nın baş katibi Elxan Məmmədovu göstərib. Və bildirib ki, çempionatın oyunlarının görüntülərini telekanala təmənnasız verən Peşəkar Futbol Liqası bundan imtina edir.

«İdman Azərbaycan»ın məsələ ilə bağlı yaydığı bəyanatda deyilir: «AFFA-nın «yuxarı dairə»lərindən belə bir tapşırıq verilib ki, çempionatın oyunlarının görüntüləri heç bir kanala verilməsin. Səbəb kimi AFFA özünün yaratdığı «CBC Sport» telekanalının yayım hüququna sahib olmasını göstərir. Yəni görüntülər ancaq bu telekanaldan xüsusi razılıqla alınmalıdır. Əlbəttə, hüquqi cəhətdən telekanalın buna tam haqqı çatır. Ancaq digər tərəfdən Azərbaycanda futbolun hələ o dərəcədə inkişaf etmədiyini, bu idman növünün təbliği üçün ölkə mediasının, xüsusilə də televiziya kanallarının rolunu nəzərə alsaq, bu qərar absurd görünür».

Bəyanat müəllifləri AFFA-nı, xüsusilə də baş katib Elxan Məmmədovu «Azərbaycan futbolu ilə bağlı hər şeyi öz monopoliyasında saxlamaq»da və tənqidə dözümsüzlükdə ittiham edir: «Ancaq görünür, çempionatımızla bağlı digər kanallarda verilişlərin efirə getməsi AFFA rəhbərliyinə sərf etmir. Çünki həmin verilişlərdə səslənən haqlı iradlar federasiyanın yalançı təbliğatını kölgədə qoyur».

Velosiped.

Velosiped.

İSMAYILLIDA VELOSİPED BURAXACAQLAR

«Azərbaycan» yazır: «İsmayıllıda Velosiped Zavodu tikilir».

2014-cü ildən İsmayıllıda Azərbaycan üçün yeni bir layihənin - Velosiped Zavodunun tikintisinə start verilib.

«Artıq istehsalat sahəsinin metal-konstruksiyaları hazırlanıb və indi üst örtüyünün döşənməsi prosesi gedir. İstehsal sahəsinin Avropa standartlarının tələblərinə uyğun qurulması nəzərdə tutulub», - rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib.

Texnoloji avadanlıqların əksər hissəsinin Bolqarıstandan gətirildiyini söyləyən RİH rəsmisi istismara hazırlıq işlərinin ilin sonuna kimi başa çatdırılacağını bildirib.

Zavodda müxtəlif növ velosipedlərlə yanaşı, əlil arabası, idman qurğu və avadanlıqları, o cümlədən sifarişə uyğun olaraq digər vasitələrin istehsalı da nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG