Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

-

ABŞ məhkəməsi Corciya ştatındakı akvariuma Rusiyada tutduğu 18 ağ delfini idxal etməyə icazə verməyib.

Delfinlər 2006-cı ildə Rusiyanın şimalında Oxotsk dənizində tutulub və hazırda Rusiyada Məməlilərin Tədqiqat Məntəqəsində saxlanır. Məhkəmə sentyabrın 28-də qərar verib ki, delfinlər Birləşmiş Ştatlara gətirilə bilməz.

Ətraf mühit mühafizəçiləri və ABŞ hökuməti qərarı alqışlayıb, onlar nəsli kəsilməkdə olan delfinlərin idxalına qarşı çıxırdılar.

Corciya Akvariumu qərardan apelyasiya verilməsini nəzərdən keçirir. Akvarium 2013-cü ilin sentyabrında hökuməti məhkəməyə verib, idxala icazə istəyib. Delfinlərin idxalının maarifləndirməyə və heyvanların qorunmasına kömək edəcəyi bildirilir.

ABŞ hökumətinin mövqeyinə görə, ağ delfinlərin ticarəti onların nəslini kəsir. Ağ delfinlər əsasən arktik və subarktik sularda yaşayır. Bəzi yerlərdə onların nəslinin kəsildiyi, dünyada isə “təhlükəyə yaxın olduğu” bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG