Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:29

ATƏT sədri həmsədrlərlə görüşüb


Ivica Dačić
Ivica Dačić

-

ATƏT-in fəaliyyətdəki sədri, Serbiyanın xarici işlər naziri Ivica Dačić Azərbaycanla Ermənistanı son dərəcə təmkinli olmağa, cəbhə xəttində yaranan gərginliyi aradan qaldırmaq yönündə səy göstərməyə çağırıb.

Ivica Dačić ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick, Igor Popov və Pierre Andrieu ilə Nyu-Yorkda keçirdiyi görüşdə belə deyib.

ATƏT sədri tərəfləri danışıqlarda irəliləyişə və etimadın möhkəmləndirilməsi üzrə addımlar atmağa dəvət edib.

Son günlər cəbhə xəttində atəşkəs intensiv şəkildə pozulur, hər iki tərəfdən ölənlər var.

Ötən həftə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmüşdülər.

XS
SM
MD
LG