Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56

Putin quru müharibəsini istisna edir


Putin (sağda) və Obama (solda) dünya liderlərinin naharında

Putin (sağda) və Obama (solda) dünya liderlərinin naharında

-

Prezident Vladimir Putin deyir ki, Suriyaya İslam Dövləti silahlı qruplaşması ilə savaşmağa quru qüvvələri göndərməyəcək, ancaq bu qruplaşmaya qarşı hava kampaniyasına qoşulmağa açıqdır.

Putin amerikalı həmkarı Barack Obamayla 90 dəqiqəlik görüş keçirib. O, bir mövqeyindən geri çəkilməyib – Suriya prezidenti Bashar al-Assad İD-ə qarşı quru müharibəsinə başçılıq etməlidir. Bu məsələ iki lider arasında mübahisəli məqamdır.

“Biz Suriya ordusuna əlavə necə yardım etmək barədə düşünürük,” Putin deyib. “Quru qüvvələrinə gəlincə… Rusiyanın iştirakı müzakirə mövzusu deyil”.

Putin onu da əlavə edib ki, Assad-ın getməsi barədə hər hansı qərarı Suriya xalqı verməlidir.

İD-i havadan bombalayan beynəlxalq koalisiyaya gəlincə, Putin deyib: “Heç nə istisna olunmur. Ancaq hərəkətə keçsək, ancaq beynəlxalq hüquq normalarına tam hörmət qoyulmaqla ediləcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG