Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:24

Obama-Putin görüşü başa çatıb


Danışıqlardan dərhal sonra Putin bildirib ki, iki məsələ - Suriya münaqişəsi və Ukraynadakı vəziyyət müzakirə edilib.

Nyu Yorkda prezidentlər Barack Obama və Vladimir Putin arasında danışıqlar başa çatıb.

İki lider BMT-nin baş qərargahında görüşüblər.

Danışıqlardan dərhal sonra Putin bildirib ki, iki məsələ - Suriya münaqişəsi və Ukraynadakı vəziyyət müzakirə edilib.

Danışıqlar protokolda nəzərdə tutulmuş 55 dəqiqədən iki dəfə uzun çəkib.

Xəbər verilir ki, Ukrayna və Suriyaya bərabər qaydada, 1 saat vaxt ayrılıb.

Vladimir Putin bildirib ki, danışıqlar son dərəcə səmimi və konstruktiv olub. Onun sözlərinə görə mövqelərdə çox sayda ortaq məqamlar var, lakin fikir ixtilafları da mövcuddur.

Putin deyib ki, görüş hətta onun gözlədiyindən də açıq olub.

Putinin bəzi bəyanatlarından Rusiyanın mövqeyində müəyyən gözəştlərin baş verdiyini görmək olur.

Suriya prezidenti Asad-ın gələcəyi barədə danışarkən Rusiya prezidenti deyib ki, İŞİD-ə qarşı birgə mübarizə ilə yanaşı Suriyada siyasi dəyişikliklər istiqamətində də müəyyən işlər görülə bilər.

XS
SM
MD
LG