Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:01

Talibançılar bir neçə saatlıq döyüşdən sonra Əfqanıstanın Kunduz əyalətinin bir hissəsini ələ keçiriblər.

Əyalətin polis rəisi Said Husainin sözlərinə görə, yaraqlılar sentyabrın 28-də, bir neçə istiqamətdə hücumdan sonra şəhərin yarıdan çoxunu zəbt ediblər.

Onun sözlərinə görə hazırda şəhərdəki əsas həbsxana da daxil olmaqla bir sıra hökumət binaları talibançıların əlindədir və onlar 500-dək məhbusu azadlığa buraxıblar.

Reuters agentliyinin məlumatına görə, talibançılar şəhərin əsas hissəsində öz bayraqlarını qaldırıblar.

Əyalətin qubernator müavini Hamidulla Daneshi AzadlıqRadiosuna bildirib ki, hazırda şəhərin mərkəzində döyüşlər gedir və şəhər iki hissəyə bölünüb və həmin ərazi əsil dyüş zonasına cevirilib.

Hökumət rəsmiləri şəhərə kömək üçün əlavə qüvvələr göndərildiyini deyirlər.

Polis hər iki tərəfdə itkilər olduğunu xəbər verir.

Talibançılar bu ilin aprelində də şəhərə hücum eləmişdilər.

Qeyd edək ki,NATO qüvvələri ötən ilin aprelindən Əfqanıstandan qüvvələrini çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG