Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Havel mükafatı rusiyalı veteranhüquq müdafiəçisinə verildi


Lyudmila Alekseyeva

Lyudmila Alekseyeva

Avropa Şurası Parlament Assambleyası bu il Vaclav Havel insan haqları mükafatını rusiyalı veteran hüquq müdafiəçisi Lyudmila Alekseyevaya verib.

Mükafat keçmiş sovet dissidenti və Rusiyada ən hörmətli vəkillərdən olan 88 yaşlı Alekseyevaya sentyabrın 28-də AŞPA-nın Strasburqdakeçirilən sesiyası zamanı təqdim edilib.

Alekseyeva Sovet dissidentlər hərəkatına 1960-cı illərdə qoşulub, bundan sonra isə Moskva Helsinki qrupunun banilərindən biri olub.

1977-ci ildə ABŞ-a mühacirət edən Alekseyeva işini davam etdirmək üçün 1989-cu ildə yenidən Rusiyaya qayıdıb.

60 min avroluq Vaclav Havel mükafatı hər il vətəndaş cəmiyyəti və insan haqları sahəsində fəaliyyət göstərən şəxslər və təşkilatlara verilir.

Lydmila Alekseyeva AzadlıqRadiosuna müsahibəsində çoxsaylı mükafatlara baxmayaraq, ən çox iki -“Saxarov” və “Vaslav Havel” mükafatları ilə qurur duyduğunu deyib:

"Biz çox xoşbəxt nəsilik, çünki bizə həyatda bu cür iki gözəl insanı görmk nəsib olub, hansı ki, onlar hər nəsildə doğulmur, hər nəslə nəsib olmur.Mən onların hər ikisi ilə tanış idim, onlarla danışmaq və onların mükafatına layiq görülmək mənim üçün şərəfdir. Əlbəttə Rusiya insan haqları hərəkatının səyləri sayəsində. Mən tək bir insan kimi nə edə bilərdim ? Mübarizəni təkbaşına udmaq olmaz”-deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG