Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:44

►Azərbaycan Dövlət Musiqili Teatrında məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun AzadlıqRadiosuna verdiyi xəbərə görə, bu, Musiqili Teatrda 106-cı mövsümün ilk premyerasıdır.

Xəbərdə bildirilir ki, premyera böyük anşlaqla keçib. Rauf Hacıyevin möhtəşəm musiqisi hamını heyran edib. Peşəkar aktyor oyunu, rejissor yozumu tamaşaçıların marağına səbəb olub.

Tamaşadan sonra böyük bəstəkar Rauf Hacıyevin oğlu, hazırda Türkiyədə yaşayan rejissor Fuad Hacıyev telefon açaraq Musiqili Teatrın kollektivinə öz minnətdarlığını bildirib, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Buna da bax: AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist dindirilib

Operettadan səhnə

Operettadan səhnə

Teatrın rus bölməsində beynəlxalq layihə kimi hazırlanan tamaşanın quruluşçu-rejissoru Əli Usubov, quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeystrləri Leyla və Zakir Ağayevlərdir.

Tamaşada rolları Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.

Rauf Hacıyev (1922-1995) musiqili komediyanın inkişafında əvəzsiz xidmətləri olan bəstəkardır.

O, Həsən bəy Zərdabinin mənəvi nəvəsi sayılır.

Buna da bax: Azərbaycanın 3 hərbçisi həlak olub

Raufun anasını Həsən bəy evində böyüdüb tərbiyə edib.

3 yaşınadək gözləri görməyən Raufu Həsən bəyin qızı Qərib Sultan xanım övladlığa götürüb saxlayıb.

Rauf Hacıyev 7 operetta müəllifidir, 15 filmə musiqi yazıb.

O, Azərbaycanda dillər əzbəri olan “Sevgilim” mahnısının bəstəkarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG