Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 27-də Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri J. Warlick , P. Andre, I. Popov və ATƏT- sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi A. Kasprzyklə görüşüb.

Görüş BMT Baş Assambleyasının sesiyası çərçivəsində baş tutub.

Rusiya xarici işlər nazirliyinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində hazırki vəziyyət müzakirə edilib.

Lavrov münaqişənin həllində irəliləyişə nail olmaq üçün atılan addımlara əlavələr edilməsinə imkan yarandığını vurğulayıb.

Məlumatı TASS agentliyi yayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG