Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Yeni sənət növü ixtira edib: Azərnegari


Əhəd Səədi
Əhəd Səədi

- Təbrizdə doğulmuş azərbaycanlı sənətkar Əhəd Səədi (1980) yeni sənət növü ixtira edib: "Azərnegari".

“Azərnegari” iki sözün birləşməsidir: “Azər” – fars dilində od və “nigari” – rəsm çəkmək. Təzə yerli incəsənət növü kimi İran Mədəniyyət Nazirliyində 2008-ci ildə qeydiyyatdan keçib.

Səədinin uşaqlıqda odla oynamağa böyük həvəsi olub, bu həvəs illər keçdikcə böyüyüb və “Azərnegari” sənət texnikasına gətirib çıxarıb.

Bu texnika rəngli, çoxlu naxışlı parçaların yandırılaraq bir-birinə birləşdirilməsidir. Onun ənənəvi əl xəttatlığına və miniatür naxışlara böyük marağı var, öz metodunda isə parçanın bir neçə qatından istifadə etməklə ona 2 D, 3 D görüntü verir.

Səədi karandaşdan, boyadan istifadə etmir, sadəcə kiçik parça hissələrini yandıraraq bir-birinin üstünə qoyur.

Onun bu yeni üsulunun ailə hekayəsi var. Səədinin atası Təbriz bazarında xalı və parça taciri işlədiyindən ənənəvi dizayn haqda bilikli olub.

Bir dəfə Səədi anasının otağında odla oynayanda parçalar od tutub və bir-birinə yapışıb. O, yeni sənəti həmin vaxtdan etibarən kəşf edib.

Səədi hazırda öz əsərlərini İstanbulun Asiya səmtində Bağdad prospektində yerləşən Art350 qalereyasında nümayiş etdirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG