Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:33

-

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəkil Əlaif Həsənovun Vəkillər Kollegiyasına qarşı iddiasını icraata götürməkdən imtina edib.

Bu barədə AzadlıqRadiosuna vəkilin özü məlumat verib.

Məhkəmə prosesi sentyabrın 28-də baş tutub. Vəkilin dediyinə görə, məhkəmə hesab edib ki, iddiaya ümumi qaydada Nəsimi rayon Məhkəməsi baxmalıdır:

«Məhkəmə hesab etdi ki, iddiaya Bakı İnzibati İqtisadi Məhkəməsində baxılmalı deyil. Ona görə iddianı icraata qəbul etməkdən imtina etdi. Amma mən kifayət qədər materiallar, o cümlədən son olaraq vəkil Xalid Bağırovun işi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının sürətini məhkəməyə təqdim etmişdim ki, bu işə inzibati iqtisadi məhkəmələr baxır və baxmalıdır. Amma buna baxmayaraq məhkəmə iddianı icraata götürməkdən imtina etdi».

HANSI MƏHKƏMƏ HANSI İŞƏ BAXIR, BİLİNMİR

Əlaif Həsənov məhkəmənin bu qərarından şikayət vermək niyyətindədir. Deyir ki, ümumiyyətlə, Azərbaycanın məhkəmə sistemində hansı məhkəmənin hansı kateqoriyalı işə baxmalı olması istiqamətində bir xaos mövcuddur:

«Bu məsələ vətəndaşın öhdəsinə buraxılmamalıdır. Dövlət özü aydınlıq gətirməlidir ki, hansı məhkəmə hansı kateqoriya işlərə baxır. Mən son məhkəmə praktikasına istinad etmişdim ki, son dövrlər bu tip işlərə inzibati-iqtisadi məhkəmələr baxır. Ona görə də mənim məhz bu məhkəməyə üz tutmağım tamamilə əsaslı idi».

Bu ilin iyulunda Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Əlaif Həsənovun kollegiyadan çıxarılması haqqında qərar qəbul edib.

Vəkilin kollegiyadan çıxarılmasına 240 saatlıq ictimai işlərə cəlb edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli məhkəmə qərarı əsas gətirilir. Cəzanın səbəbi Leyla Yunusun keçmiş kamera yoldaşı Nuriyyə Hüseynovanın iddiasıdır.

Əlaif Həsənov müdafiə etdiyi Leyla Yunusa istinadla açıqlama yaymışdı ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Nuriyyə Hüseynova isə vəkili məhkəməyə verərək təhqir və böhtana görə cəzalandırılmasını istəmişdi. Əlaif Həsənov CM-nin həmin maddələri ilə təqsirli bilinərək 240 saat ictimai işə məhkum edilib.

Əlaif Həsənov kollegiyanın ona qarşı addımını əsassız və qanunsuz sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG