Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

-

«Xalça Muzeyində yoxlamalar aparıldı və bir sıra nöqsanlar aşkar edildi».

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Məlumatı APA yayıb.

Nazir bildirib ki, onun qərarı əsasında muzeydə bir ay müddətində monitorinq keçiriləcək:

«Xalça Muzeyi böyük muzeydir. Ona görə də mənim qərarım əsasında bir ay müddətində monitorinq keçiriləcək ki, neçə nəfər insan gəlir, əməkdaşlar necə işləyir, biletlər necə satılır, hansı xidmətlər göstərilir və s. Bütün bunlar təhlil olunacaq və ondan sonra hansısa nəticədən danışmaq olar. Mən deyə bilmərəm ki, orda hansısa sensasion hadisələr olur, cinayətdən söhbət gedir, pis xidmətlər var və s. Belə şeylər yoxdur».

Bundan öncə Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirib. O, muzeydə mənimsəmələrin olduğunu və direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG