Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:26

Yaltada azərbaycanlının heykəli ucaldılacaq


Yaltada Cəlil Nəcəbov adına bağ.

Yaltada Cəlil Nəcəbov adına bağ.

-

Yaltada (Krım) azərbaycanlı Cəlil Nəcəbovun heykəlinin ucaldılması istiqamətində işlərə start verilib.

Bu barədə mətbuata Yaltada Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Cəlil Nəcəbov Yaltanı faşistlərdən azad etmiş 323-cü alayın komandiri, şəhərin fəxri vətəndaşı, azərbaycanlıdır.

Rəhim Hümbətovun dediyinə görə, artıq heykəlin qoyulacağı yerdə hazırlıq, tikinti işləri başlayıb.

Yaltada Cəlil Nəcəbovun adını daşıyan bağ da mövcuddur. İcma rəhbərinin məlumatına görə, bağın bir hissəsi kommersiya strukturuna verilib və orada ticarət-əyləncə mərkəzi tikilir. Bununla da sözügedən bağın ərazisi yarıbayarı azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG